Üçü də eyni paltarı geyindi - Fotolar

ucu-de-eyni-paltari-geyindi
Oxunma sayı: 3373

Azərbaycanın tanınmış əkizləri Sevil-Sevinc Səfərova Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın geyimini təkrarlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, onlar məclislərin birində Günelin Moskvadakı konserti üçün istifadə etdiyi paltarı seçiblər. 

Maraqlısı odur ki, bir-birindən cüzi şəkildə fərqlənən məşhurların libasını ayrı-ayrı modelyerlər hazırlayıb. 

Belə ki, mayın sonunda “Vegas City Hall”da baş tutan gecədəki Günelin geyimi üzərində türkiyəli modelyer Barış Avcı çalışıb. Ötən gün eyni şəhərdə məclisdə iştirak edən əkizlərin libası isə azərbaycanlı modelyer Aidə Məmmədovaya məxsusdur.