Üçüncü dəfə ərə gedir - Fotolar

ucuncu-defe-ere-gedir
Oxunma sayı: 3356

Sonuncu dəfə “ Avengers” filmində rol alan Hollivudun ən çox qazanan aktrisası Scarlett Johansson sevgilisi Colin Jostla evlənir. 

“Qafqazinfo” xəbər verir ki, Amerika mətbuatı daha əvvəl iki dəfə nikah bağlayan aktrisasın üçüncü dəfə ərə gedəcəyini qeyd edib. 36 yaşlı aktrisa ilə komediya aktyorunun toyu bu ilin sonunla reallaşacaq. 

Bu məqamda bildirək ki, Johansson ilk dəfə 2008-ci ildə həmkarı Ryan Reynoldsla evlənib, 2011-ci ildə boşanıb.  Onun ikinci evliliyi isə 2014-cü ildə Romain Dauriacla reallaşıb, amma bu münasibət də uzun çəkməyib.  

Hollivud ulduzunun ikinci nikahından bir övladı var.