“Üçüncü uşağım olsun, istəyirəm” - “Doktorlar”ın aktrisası

ucuncu-usagim-olsun-isteyirem
Oxunma sayı: 2829

“Doktorlar” serialından Ela obrazı ilə tanınan aktrisa Yasəmən Özilhan alış-veriş mərkəzində görüntülənib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa üçüncü dəfə ana olmaq istədiyini bildirib: “Üçüncü uşaq barədə fikirləşirik. Mən ərə gedəndə oğlum olsun istəyirdim. Amma 2 qızımdan sonra problem etmirəm, daha bir qızım ola bilər”. 

Qeyd edək ki, Yasəmən iş adamı İzzət Özilhanla ailəlidir. O, ailə qurduqdan sonra aktrisalıq karyerasına son qoyub.