“Uduzmaqdan qorxmurduq” - Osorio

uduzmaqdan-qorxmurduq
Oxunma sayı: 1437

Meksika milli komandasının baş məşqçisi Xuan Karlos Osorio dünya çempionatında Almaniya üzərində 1:0 hesablı qələbəni şərh edib. “Qafqazinfo” mütəxəssisin müsahibəsini təqdim edir:

- Özünüzü necə hiss edirsiz?

- Bizim 6 ay öncədən bir hazırlıq planımız var idi. Taktiki cəhətdən onu tətbiq edə bildik. Cinahlarda daim iki sürətli futbolçumuz var idi. Lozano bizim ən sürətli oyunçumuzdur. İlk yarıda çox cəsarətli oynadıq. Birinci hissəni xüsusilə əla keçirdik. Almaniya həmişə belə pis vəziyyətdə olanda belə əvəzetmə edir. Bunun üçün hazır idim. Gənc komandamız var və bu Meksikanın gələcəyidir.

- Almaniyanın sirrini anlamışdınız?

- Fikrimcə, daim öz oyunçularının üstün cəhətlərini düşünməlisən. Avropa turnirlərində oynayan oyunçularımız gənclərə kömək edirlər. Əsas üstünlüyümüz o idi ki, uduzmaqdan qorxmurduq, çox cəsarətli idik.

- Karlos Vela oyunun ən yaxşılarından idi. Onu niyə əvəz etdiniz?

- Vela Xediranın və Krosun qarşısında oynadı. Onların aralarındakı əlaqəni pozurdu. Buna müvəffəq oldu. 60 dəqiqə var gücü ilə çalışdı. Hesab edirəm ki, o, həqiqətən ən yaxşıdır. Bu bizim strategiyamız idi.

- Qrupun sürpriz komandası ola bilərsiniz?

- Bu gün yaxşı oynadıq, amma İsveç çox güclüdür. 2002-ci ildə biz onlarla oynadıq. Bu komanda İtaliyanı turnirdən kənarda qoyub. Məmuniyyətlə deyə bilərəm ki, Cənubi Koreya ilə oyundan öncə istirahət edəcəyik.