UEFA “Arsenal”a xəbərdarlıq etdi

uefa-arsenala-xeberdarliq-etdi
Oxunma sayı: 2081

UEFA “Arsenal”a Bakıda “Çelsi”yə qarşı keçirəcəkləri Avropa Liqası finalından öncə xəbərdarlıq edib.

“Qafqazinfo” “The Mirror”a istinadən xəbər verir ki, qurum “topçular”a azarkeşlərini finalda etirazlardan çəkindirməli olduğunu bildirib. 

Nəşrin yazdığına görə, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən çəkinir. 

Qeyd edək ki, “Arsenal” şəxsi istəyi ilə Henrix Mxitaryanı Bakıya gətirməyəcək.