UEFA Avropa Liqasını ləğv edir

uefa-avropa-liqasini-legv-edir
Oxunma sayı: 650

Qol.Az-ın Almaniyanın "Bild" qəzetinə istinadən yaydığı məlumata görə, qurumun prezidenti Mişel Platini 2016-ci ildən Avropa Liqası və Çempionlar Liqası turnirini birləşdiriləcəyini, komandaların sayının 64-ə çatdırılacağını bildirib. Məlumatda qeyd olunub ki, bundan sonra yarış "Avropa kuboku" adı altında keçiriləcək.

UEFA-nın format və ad dəyişikliyi ediləcəyinin əsas səbəbi kimi Avropa Liqasının gəliri və üzərindəki marağın Çempionlar Liqasıyla müqayisədə geridə qalmasıdır.

Məlumatda bildirilir ki, iki yarışa ümumilikdə 8 komanda göndərən Almaniya, İngiltərə və İspaniya kimi ölkələrdən sözügedən yarışa altı klub buraxılacaq. UEFA reyqinqində daha alt sıralarda olan dövlətlərin isə daha çox komanda göndərəcəyi gözlənilir.