UEFA azərbaycanlı hakimlərə yüksək qiymət verdi

uefa-azerbaycanli-hakimlere-yuksek-qiymet-verdi
Oxunma sayı: 637

Qeyd edək ki, FİFA referisi olan hakimlərimiz bir müddət öncə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa Çempionatının seçmə mərhələ oyunlarında fit çalıblar. Ağayev Almaniyada Ukrayna – Estoniya və Almaniya – Estoniya oyunlarında idarəçilik edib. Həsənov isə Macarıstanda yerli komanda ilə Belarusun görüşündə hakimlik edib. O, daha bir qarşılaşmaya təyinat alsa da, əlverişsiz hava şəraiti səbəbindən həmin görüş başqa vaxta keçirilib.

Buna baxmayaraq, hakimlərimizin idarəçiliyinə yüksək qiymət verilib: “Onlara 8,4 bal verilib. Hər ikisi birinci ildi ki, FİFA referisi adını daşıyır. Hələ ki, yaxşı təsir bağışlayırlar. Gələcəkləri öz əllərindədi”.