UEFA-da Çempionlar Liqası ilə bağlı gözlənilməz qərar

UEFA-da Çempionlar Liqası ilə bağlı gözlənilməz qərar
Oxunma sayı: 2761

UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının gələn mövsümü ilə bağlı danışıb.

“Qafqazinfo” Goal.az-a istinadən xəbər verir ki, o, yeni mövsümdə videotəkrar sistemindən (VAR) istifadə edilməyəcəyini bildirib:

“Biz gələn mövsüm bu turnirdə VAR-dan dəqiq yararlanmayacağıq. Əslində, mən bu sistemin əleyhinə deyiləm. Amma biz VAR-ın necə işlədiyini hamıya, əsasən də azarkeşlərə başa salmalıyıq. Bu məsələdə Rusiyadakı dünya çempionatı əla fürsət olacaq. VAR yaxşı layihə ola bilər. Amma hələ tələsməyək”.

Qeyd edək ki, VAR artıq Avropanın bir sıra aparıcı çempionatlarında istifadə olunur. Fransa, İtaliya və Almaniyada videohakim bir neçə dəfə səhv qərarların dəyişməsinə səbəb olub. VAR sistemi 2017-ci il Konfederasiyalar Kubokunda da tətbiq edilmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi