UEFA-dan “Qarabağ” və “Qəbələ”yə 78 300 avro

uefa-dan-qarabag-ve-qebeleye-78-300-avro
Oxunma sayı: 1291

UEFA 2016/17 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb. 

“Qafqazinfo” xəbər verir ki, məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.

Başqa sözlə, aralarında "Qarabağ" və "Qəbələ" də olmaqla, hər bir klub 78 300 avro qazanıb. Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb. Bu isə o deməkdi ki, "Kəpəz" və "Neftçi" hərəyə 8 540 avro əldə edib. Lakin "Zirə" maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığından, bu məbləği ala bilməyəcək.

Qeyd edək ki, 2016/17 mövsümündə Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Neftçi" və "Kəpəz" isə mübarizəni Avroliqanın ikinci təsnifat mərhələsində dayandırıb.