UEFA-dan tarixi qərar - Penaltilər seriyası dəyişir

UEFA-dan tarixi qərar
Oxunma sayı: 39

UEFA oyunsonrası qalibi müəyyənləşdirmək üçün təşkil olunan penaltilər seriyasında tarixi dəyişiklik etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, komandaların növbə ilə yerinə yetirdikləri 11 metrlik zərbədə dəyişiklik olacaq. İlk penalti yerinə yetirildikdən sonra növbəti komanda bir deyil, ardıcıl iki penalti zərbəsi vuracaq.

UEFA bu qaydanı ilk penaltini vuran komandanın taktiki və psixoloji cəhətdən üstün olmasına görə görə edib.

1-ci penalti – A komandası, 2-ci penalti – B komandası
3-cü – B komandası, 4-cü – A komandası
5-ci – A komandası, 6-cı – B komandası
7-ci – B komandası, 8-ci – A komandası 
9-cu – A komandası, 10-cu – B komandası

Əgər bərabərlik davam etsə

11-ci – B komandası, 12-ci – A komandası
13-cü – A komandası, 14-cü – B komandası

Bu şəkildə davam edəcək.

Yeni penalti sistem Çexiyada təşkil ediləcək qadınlar arasında U-17 Avropa çempionatında sınaqdan keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi