UEFA “Mançester Siti”ni avrokuboklardan uzaqlaşdıra bilər

uefa-mancester-sitini-avrokuboklardan-uzaqlasdira-biler
Oxunma sayı: 2175

UEFA-nın maliyyə nəzarəti üzrə İstintaq Palatası “Mançester Siti”ni bir mövsümlük avrokuboklardan uzaqlaşdırmaq niyyətindədir.

“Qafqazinfo” “New York Times”a istinadən xəbər verir ki, İngiltərə klubu maliyyə feyr-pleyi pozuntusuna görə diskvalifikasiya oluna bilər. 

Qeyd edək ki, martda İstintaq Palatası komandaya qarşı araşdırmaya başlayıb. İşin bu həftə arbitraj palatasına ötürüləcəyi gözlənilir. Böyük ehtimalla, istintaq palatasının rəhbəri İv Leterm klubu azı bir illik uzaqlaşdırmaq əmrini verəcək.