UEFA Mülleri cəzalandırdı - “Liverpul”la oyunları buraxacaq

uefa-mulleri-cezalandirdi
Oxunma sayı: 1041

Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”la səfər qarşılaşmasında (3:3) qırmızı vərəqə alan "Bayern"in futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA alman futbolçuya iki oyunluq cəza verib. Bu səbəbdən də Müller 1/8 final mərhələsində komandasının “Liverpul”"a qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.
 
Qeyd edək ki, “Bayern” “Liverpul”la ilk oyunu fevralın 19-u səfərdə keçirəcək. Cütün cavab görüşü martın 13-də reallaşacaq. Hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.