UEFA “Nefçi”ni cəzalandırdı

uefa-nefcini-cezalandirdi
Oxunma sayı: 649

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, cəza 17.07.2012 ci il tarixində keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə əlaqəlidir. Belə ki, UEFA-nın "Neftçi" PFK-ya ünvanladığı məktubda buna səbəb kimi "Zestafoni"-"Neftçi" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcə də fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib. Bundan başqa final fitindən dərhal sonra fotoqrafların meydançaya daxil olmasını da Avropanın Ali futbol qurumu yolverilməz hal kimi qiymətləndirib.

Nəticədə UEFA-nın İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, klubumuzu 20 000 (iyirmi min) avro məbləğində cərimələyib.