UEFA-nın yeni avrokubok turnirinin adı açıqlandı

UEFA-nın yeni avrokubok turnirinin adı açıqlandı
Oxunma sayı: 1478

UEFA 2021/22 mövsümündə təşkil etmək istədiyi yeni turnirin adını müəyyənləşdirib.

"Qafqazinfo" "Bild"ə istinadən xəbər verir ki, qurum yeni klub turnirinə Konfrans Liqası adını verib.

Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra reytinqinə görə, üçüncü Avropa Kuboku turniri olacaq.

Yarışın formatı isə hələ müzakirə edilir. Turnirin qrup mərhələsində 32 komandanın 8 qrupa bölünməsi nəzərdə tutulub. Qrup liderləri 1/8 finala vəsiqə qazanacaq. İkinci yerin sahibləri isə 1/8 finala yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü pilləni tutan komanda ilə qarşılaşacaq.

 

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi