UEFA püşkatmasında Azərbaycanı veteran futbolçu təmsil edəcək

uefa-puskatmasinda-azerbaycani-veteran-futbolcu-temsil-edecek
Oxunma sayı: 2668

Avqustun 31-də Monakoda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Qafqazinfo” AFFA-nın saytına istinadla xəbər verir ki, püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.

Qeyd edək ki, turnirin final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq.