UEFA “Qarabağ”a 1 milyon ödədi

uefa-qarabaga-1-milyon-odedi
Oxunma sayı: 1405

“Qarabağ”ın büdcəsi 622 (1,213,522 manat) min  avro zənginləşib. “Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, buna Avropa Liqasındakı nəticələr səbəb olub.

UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində 1 qələbə qazandığına görə qurum tərəfindən “Qarabağ”a 570 min avro pul vəsaiti ayrılıb. Əlavə olaraq, “Qarabağ” ın qələbələrinin sayına əsasən əlavə bonuslar 52 min avro həcmində hesablanıb.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.