UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

uefa-qarabaga-4-milyon-avro-ayirdi
Oxunma sayı: 2292

UEFA “Qarabağ” klubuna maliyyə vəsaiti ayırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb. 

Bildirilib ki, Ağdam komandasının Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış 4 milyon 35 min 740 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Bildirilib ki, Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 milyon 750 min avro, əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə 1 milyon 285 min 740 avro klubun hesabına köçürülüb.