UEFA "Qarabağ"ı Pedro Enrikesiz qoydu

uefa-qarabagi-pedro-enrikesiz-qoydu
Oxunma sayı: 2374

UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Atletiko” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, UEFA İntizam Komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Bu o deməkdir ki, Pedro üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.