UEFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmalara başladı

uefa-qarabagin-reqibi-ile-bagli-arasdirmalara-basladi
Oxunma sayı: 2553

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ilə bağlı araşdırmaya başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb. Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” - “Roma” oyununda “canavarlar”ın fanatlarının irqçi şüarlar və mahnı səsləndirməsi olub.

Xatırladaq ki, Londondakı “Stemford Bric” stadionunda keçirilmiş oyun 3:3 hesablı bərabərliklə nəticələnib.