UEFA qərar verdi - Avroliqanın final matçı Bakıda keçiriləcək+ Yenilənib

uefa-qerar-verdi
Oxunma sayı: 7771

Bu gün 2018/2019 UEFA Çempionlar Liqasının və Avropa Liqasının finallarını təşkil edən şəhərlərin adları açıqlanacaq. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan paytaxtı Bakı da hər iki turnirin həlledici qarşılaşmasına namizədlər arasındadır. 

Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionuna yalnız bir rəqib var. Bu, Madrid “Atletiko”sunun yeni stadionu “Vanda Metropolitano”dur.

Avropa Liqasında isə BOS iki stadionla mübarizə aparacaq. Bunlar Sevilyanın “Ramon Sançes Pisxuan” və İstanbulun “Vodafon Park” arenalarıdır. 

Qeyd edək ki, UEFA-nın qərarı Bakı vaxtilə saat 19:30-da İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

***

İclasda 2019-cu il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi qərarlaşdırılıb.

Həmin il Çempionlar Liqasının finalı isə Madridin "Atletiko" klubunun “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Bundan başqa, BOS-un Avropa Liqasının finalı üçün mübarizə apardığı "Vodafon Park" stadionunda isə 2020-ci il UEFA Superkubok matçının keçirilməsinə qərar verilib.

***

UEFA-nın saytında yerləşdirilən məlumatda Super Kubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.