UEFA Xorvatiyanı cərimələdi

uefa-xorvatiyani-cerimeledi
Oxunma sayı: 643

UEFA-nın nəzarət-intizam instansiyası Xorvatiya Futbol Federasiyasını iyunun 10-da Poznanda “C” qrupunda İrlandiya yığması ilə keçirilən görüşdə baş vermiş hadisələrlə əlaqədar 25 min avro məbləğində cərimələyıb.

“AzərTAc”ın UEFA-nın saytına istinadla verdiyi xəbərə görə, Xorvatiyanın 3:1 hesabı ilə qalib gəldiyi həmin oyun zamanı bu ölkənin azarkeşləri fişənglər və pirotexnik raketlər alışdırıb meydana atıblar.

Üstəlik, Xorvatiya yığmasının azarkeşlərindən biri oyun vaxtı qaça-qaça meydana çıxıb.

anspress