UEFA yeni liqa yaradır

UEFA yeni liqa yaradır
Oxunma sayı: 1578

Çempionlar Liqası və Avropa Liqasının formatında önəmli dəyişikliklər edən UEFA yeni və dünya miqayaslı layihəni həyata keçirməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, Millətlər Liqasına bənzəyən daha bir turnir keçirmək istəyir.

Qlobal Beynəlxalq Liqa adlanacaq yarışda təkcə Avropa yox, dünyanın hər yerindən milli komandaların iştirakı planlaşdırılır. Bir növ kiçik dünya çempionatı olacaq yarışın iki ildən bir keçirilməsi nəzərdə tutulur.

UEFA rəsmiləri Almaniya mediasına açıqlamalarında yeni turnirlə bağlı hazırlıqların başladığını təsdiq ediblər. Seçmə məhələsinin 2020-ci ildə keçirilməsi nəzərdə tutulan yarışın ilk finalı 2021-ci ilə təsadüf edəcək. Mütəxəssislərin fikrincə, UEFA-nın bu addımı FIFA-ya meydan oxumaqdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi