Uels şahzadəsi Çarlz azərbaycanlı media rəhbəri ilə görüşüb

uels-sahzadesi-carlz-azerbaycanli-media-rehberi-ile-gorusub
Oxunma sayı: 1694

Londonun dünyada məşhur olan "Tate Britain" incəsənət qalereyasında Böyük Britaniyanın Press Association informasiya agentliyinin 150 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, tədbirə Böyük Britaniyanın Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Türkiyənin Anadolu, İtaliyanın ANSA, İsveçin TT (Avropa Xəbər Agentlikləri Alyansının sədri), Rumıniyanın Agerpress, Bolqarıstanın BTA, Polşanın PAP, Yunanıstanın ANA/MPA və bir çox digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, İngiltərənin media qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov iştirak edib.

Tədbirdə Böyük Britaniya Krallığının vəliəhdi, Uels şahzadəsi Çarlz Azərbaycan da daxil olmaqla, bir sıra ölkənin media rəhbərləri ilə görüşüb, mətbuatın inkişafında texnoloji yeniliklərlə maraqlanıb.

Xəbər agentlikləri rəhbərləri ilə görüşlərdə onlara Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bu ilin oktyabrında planlaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilib.