“Ufak Tefek Cinayetler”in aktyoru evləndi - Fotolar + Video

ufak-tefek-cinayetlerin-aktyoru-evlendi
Oxunma sayı: 4472

Türkiyəli aktyor Mərt Fırat ailə qurub.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, 37 yaşlı aktyor İdil Fıratla evlənib.

Çeşmə-Alaçatıda keçirilən toy mərasimində aktyorun ailə üzvləri, yaxın dostları, sənət dünyasının tanınmış simaları və aktyorlar iştirak ediblər.

Məlumat üçün bildirək ki, 30 yaşlı İdil Fırat tanınmış biznesmen, “Fənərbağça” klubunun sabiq vitse-prezidenti Öndər Fıratın qızıdır. O, qızının Mərtlə ailə qurmasına qarşı çıxmış, hətta nişan mərasiminə də qatılmamışdı.

Qeyd edək ki, Mərt Fırat məşhur “Ufak Tefek Cinayetler” serialında “Serhan” rolunu canlandırır.