“Ufak-Tefek”in lüks villaları... - Biri 33 milyondur

“Ufak-Tefek”in lüks villaları...
Oxunma sayı: 3912

Star TV-də yayımlanan “Ufak-Tefek Cinayetler” serialı qısa müddətdə fenomen bir layihəyə çevirilib.  Ekran işi həm reytinqlərdə, həm də sosial mediada zirvəni zəbt edib. Belə olan halda filmin çəkilişlərinin aparıldığı məkanlar hər kəsi maraqlandırır.

Hələ 4 rəfiqənin həyatından bəhs edən hekayənin qurulduğu lüks bir küçə varsa, insanlar daha çox maraqlanmağa başlayır.  Türkiyənin onedio.com saytı sözügedən “Sarmaşık” küçəsini araşdırıb. 

"Qafqazinfo" xəbər verir ki, serial əslində bir çox uğurlu layihələr kimi İstanbulun müxtəlif səmtlərində çəkilir. 

Bu səmtlərdən biri Zekeriyaköydür. “Qaymaq təbəqə” dediyimiz şəxslərin yaşadığı özəl bölgə Belqrad meşəsinin yanında yerləşir.  

Ancaq serialın hekayəsinin ən önəmli hissəsi olan “Sarmaşık” küçəsi Zekeriyaköydə deyil. 

Sarmaşıkdakı çəkilişlər Eyüp bölgəsinə bağlı Göktürk məhəlləsində villaların yer aldığı ərazidə reallaşır. İstanbulun mərkəzində yaşıllıqla əhatə olunmuş tək-tük bölgələrdən biridir. 

Ekran işinin böyük hissəsinin çəkildiyi “Kemer Country” isə villaların olduğu lüks məhəllədir. Məşhur “Sarmaşık”da burada yerləşir. 

Uğrunda iqtidar savaşlarının verildiyi küçədə sadəcə hovuzlu villalar yoxdur. Həmçinin, gözəllik salonu, kafe, məktəb kimi yerlər tikilib. Serialdakı bütün səhnələrdə də məhz burada çəkilir. 

Bəs “Sarmaşık”da qiymətlər necədir?

Fərqli-fərqli villaların yer aldığı küçədə evlərin qiytməti fərqlidir. Türkiyənin məşhur əmlak şirkəti malikanələrin dəyərinin təxminən 33 milyon TL olduğunu qeyd edir. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi