“Uğur böcəyini xatırladan geyim geyinəcəm”

ugur-boceyini-xatirladan-geyim-geyinecem
Oxunma sayı: 950


"Qafqazinfo”ya açıqlama verən müğənni Elza Seyidcahan “Uğura doğru”konsertinə ciddi hazırlaşdğını bildirib:

“Mən zəhmətkeş insanam. Hər zaman çalışıram yeniliklər edim, qeyri-adi işlərə imza atım. Ramazan bayramı ərəfəsində bir çox rayonlara getdim. Gəncədə, Tovuzda Qənirə Paşayeva ilə birlikdə getdik, hərbi hissələrdə olduq, kitablar payladıq. Oradakı insanlar məni görüb çox sevindi. Bu mənim uğurumdur. Əgər mən əziyyət çəkirəmsə, çalışıramsa, istədiyimə nail oluramsa, deməli mən varam. Uğur yoldaşı nizam-intizamdır. Nizam-intizam mənim də artıq yoldaşımdır. Növbəti konsertimin adını “Uğura doğru” qoymuşam. Allah uğuru xalqımızdan, vətənimizdən əskik etməsin”.

Hər zaman geyimləri ilə seçilən müğənni bu dəfə də fərqli imicə bürünəcəyini açıqlayıb: 

“Uğur böcəyini xatırladan geyim geyinəcəm. Paltarları bacım hazırlayır. Mən uşaq olandan da qeyri-adi geyinmişəm. Hər kəsin bir tərzi var. Bu da mənim tərzimdir. Fərqli olmaq xoşuma gəlir. Məni tərifləyənlər də olur, tənqid edənlər də. Əsas odur məni müzakirə edirlər. Bəziləri özlərini öldürür gündəmə gəlmək , müzakirə obyekti olmaq üçün. Mən sənətimlə bunu bacarıram Və çox sevinirəm ki, məni müzakirə edirlər. Ən ucuz paltarımın qiyməti 5 min manatdır. Bu dəfə də sevənlərimin qarşısına tam fərqli imicdə çıxacam”.

Könül