“UĞUR”çular bəlli oldu

ugurcular-belli-oldu
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, 2011-ci ilin yekunlarına əsasən, bu mükafatın laureatları 30 yerli və xarici şirkət olub. Mükafatın müxtəlif nominasiyalarında, milli iqtisadiyyatın inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan şirkətlər qeyd olunub.
Mükafatın təşkilat komitəsinin sədri İbrahim Baharov deyib ki, mükafatın laureatları ictimaiyyətdə nüfuz və inam qazanmış şirkətlərdir.

Xatırladaq ki, “UGUR” milli mükafatı 2000-ci ildə Consulting & Business jurnalı tərəfindən təsis olunub. Mükafatın əsas məqsədi yüksək effektivlik, sabit inkişaf və sosial məsuliyyət amillərini özündə birləşdirən şirkətlərin nailiyyətlərini qeyd etməkdən ibarətdir.


Nigar Məmmədli