Uimbldonda qalib müəyyənləşdi

Uimbldonda qalib müəyyənləşdi
Oxunma sayı: 13

Tennis üzrə “Böyük Dəbilqə” seriyasından olan Uimbldon turnirinin qadınlar finalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, finalda ispaniyalı Qarbin Muquruza və məşhur amerikalı tennisçi Vinus Uilyams qarşılaşıblar.

Güclü rəqibini 7:5 və 6:0 setlərlə 2-0 məğlub edən Muquruza turnirin qalibi olub. Bunu onun kareyrasında ikinci “Böyük Dəbilqə” zəfəri olub.

23 yaşlı ispaniyalı tennisçi 2015-ci ildə də Uimbldonda finala çıxmış, lakin həmin vaxt Vinusun bacısı Serena Uilyamsa məğlub olmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi