Ukrayna 19 rus kitabına qadağa qoydu

ukrayna-19-rus-kitabina-qadaga-qoydu
Oxunma sayı: 989

Ukrayna hökuməti bəzi rus nəşrlərinin ölkə ərazisində yayılmasına qadağa qoyub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “qara siyahı”ya 19 müasir, o cümlədən sovet dövrünün kitabları daxil edilib. Hökumət bu addımı atmasının səbəbini həmin kitablarda “təbliğat əlamətlərinin” və kommunist simvollarının olması ilə izah edib.

Qadağan olnmuş kitablar arasında Sergey Bexterovun “İş vaxtı necə işləyək: ofis xaosu üzərində qələbə”, İqor Namakonovun “Beyin krossfiti: qeyri-standart tapşırıqların həllinə özünü necə hazırlamalı”, Martina Doqertinin “Vikinqlər dünyası.Odin uşaqlarının gündəlik həyatı” və başqaları var.