Ukrayna 25 rusiyalını qaytarmağa hazırdır

ukrayna-25-rusiyalini-qaytarmaga-hazirdir
Oxunma sayı: 897

Ukrayna Ali Radasının vitse-spikeri İrina Qeraşenko Kiyevin mühakimə olunan 25 Rusiya vətəndaşını ukraynalı dənizçilərlə dəyişməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kiyev 19 Ukrayna hərbçisinin geri qaytarılması üçün əlavə olaraq Luqansk və Donsetsk Xalq Respublikalarına 70-ə yaxın militanı qaytarmağa hazırdır.