Ukrayna aviaşirkəti Azərbaycana uçuşları dayandırır

ukrayna-aviasirketi-azerbaycana-ucuslari-dayandirir
Oxunma sayı: 642

Nümayəndəlikdən deyildiyi kimi, aviaşirkət bu marşrut üzrə uçuşları bu il yanvarın sonuna kimi həyata keçirəcək.

"Kiyev-Bakı marşrutu üzrə aviareyslər bu ayın sonunadək həyata keçiriləcək. Fevraldan aviaşirkət Bakıya uçuşları dayandıracaq", - nümayəndəlikdən bildiriblər.

Həmçinin, nümayəndəlikdən qeyd ediblər ki, fevraldan Kiyev-Bakı marşrutu üzrə Ukraynanın digər aviaşirkəti - "Ukrayna Beynəlxalq Aviaşirkəti" (UBA) işləyəcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə deyildiyi kimi, Ukrayna şirkətində yaranan maliyyə problemləri ilə əlaqədar Bakıya aviareyslər yubanmalarla həyata keçirilir.

Habelə, aeroportdan bildiriblər ki, UBA artıq Bakıya aviareyslər həyata keçirir. Bu aviaşirkətin təyyarələri Bakıdan Kiyevə bazar ertəsi, cümə axşamı və şənbə günləri Bakı vaxtı ilə saat 09:35-də yola düşür.