Ukrayna Belarus diplomatını ölkədən qovub

ukrayna-belarus-diplomatini-olkeden-qovub
Oxunma sayı: 1011

Ukrayna Belarusun Kiyevdəki səfirinin birinci katibini ölkədən qovub.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiyevin bu addımı atmasına səbəb Belarusun ukraynalı diplomat İqor Skvorçovu bu ölkədə persona-non-qrata elan etməsi və ölkədən çıxarması olub.  

Qeyd edək ki, ötən gün Belarus KQB-sinin rəsmi nümayəndəsi Dmitri Pobyarjin bəyan etmişdi ki, Ukrayna səfirliyinin məsləhətçisi olan İqor Skvorçov diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olub. Onun sözlərinə görə, Belarusda cəsus şəbəkəsi yaratdığı üçün oktyabrda saxlanılan və haqqında cəsusluq maddəsi ilə cinayət işi açılan ukraynalı jurnalist Pavel Şaroyko təsdiqləyib ki, kəşfiyyat fəaliyyətini koordinasiyasını İ.Skvorçov həyata keçirib. 

Xatırladaq ki, Skvorçov daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində çalışıb.