Ukrayna əhalisi sürətlə azalır - Növbəti rəqəmlər açıqlandı

ukrayna-ehalisi-suretle-azalir
Oxunma sayı: 1831

Ukrayna Dövlət Statistika Xidməti əhalinin sayını açıqlayıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu ilin 1 yanvarına olan göstəriciyə görə, Ukrayna əhalisi 45 milyon 153 min 200 nəfər təşkil edib.

Bu isə ötən ilə nisbətən əhalinin 232 min nəfər azalması deməkdir.

Məlumata görə, Ukraynada ötən il hər 100 ölüm faktına qarşı 57 doğum faktı qeydə alınıb.

Qeyd edək ki, bu ölkədə 2017-ci ildə isə əhalinin sayı 198,1 min nəfər azalmışdı.