Ukrayna “Eurovision”a Sabancını göndərəcək

ukrayna-eurovisiona-sabancini-gonderecek
Oxunma sayı: 2370

Ukraynanı “Eurovision – 2019” mahnı müsabiqəsində tanınmış müğənni Maruy təmsil edə bilər. “Qafqazinfo” xəbər verir ki, artıq ölkənin ictimai kanalı pop ulduza yarışmada iştirak barədə müraciət edib. 

Təşkilat komitəsi Maruvun yeni əməkdaşlıq etdiyi türk dicey Faruk Sabancı ilə səhnəyə çıxmasını istəyib. Lakin komitə bu barədə mətbuata hər hansı bir açıqlama verməyib. 

Qeyd olunub ki, Ukrayna təmsilçisi bir neçə həftə sonra ictimaiyyətə rəsmi olaraq təqdim ediləcək. 

Xatırladaq ki, Faruk Türkiyədə məşhur olan Sabancı ailəsinin üzvüdür.