Ukrayna MDB-yə sədrlikdən imtina etdi

ukrayna-mdb-ye-sedrlikden-imtina-etdi
Oxunma sayı: 632

Ukrayna MDB-dəki müttəfiqlərinə onun sədrliyinin 2014-cü ilədək təxirə salınmasını xahiş edib. Bunu Ukrayna prezidenti Viktor Yanukoviç MDB-nin qeyri-formal sammitindəki çıxışında deyib.

“Ukrayna 2013-cü ildə MDB-yə sədrlik etməlidir. Sizdən anlayışla yanaşmağınızı xahiş edirəm - Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik edəcək. Ona görə də xahiş edirəm ki, növbədəki digər ölkə sədrliyi öz üzərinə götürsün, 2014-cü ildə isə biz bu şərəfli missiyanı öz üzərimizə götürməyə hazırıq”, - Ukrayna prezidenti deyib.

Viktor Yanukoviç MDB ölkələrindən olan həmkarlarını Avro-2012-nin fnial mərhələsini izləmək üçün Ukraynaya dəvət edib. O, sentyabrda Yaltada MDB Hökumət Başçıları Şurasının iclasının keçirilməsi ilə bağlı Ukraynanın razılığını da diqqətə çatdırıb.

anspress