Ukrayna məhkəməsi Saakaşvilini cərimələdi

ukrayna-mehkemesi-saakasvilini-cerimeledi
Oxunma sayı: 1387

Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilərək onu 3 400 qrivna (təxminən 130 dollar) məbləğində cərimə edib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə hakim Yuri Bilous bildirib.
 
Ukrayna Dövlət Sərhəd  Ximəti bundan öncə bəyan etmişdi ki, Saakaşvili sərhədi qeyri-qanuni keçdiyinə görə ona qarşı iddia qaldırılıb. Bu inzibati qanun pozuntusu üçün sanksiya 325 dollara qədər cərimə nəzərdə tutub.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko cari ilin iyulunda Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum olunmağı ilə bağlı fərman imzalayıb.  M. Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında P. Poroşenkonun fərmanı əsasında təqdim olunmuş, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu.

Sentyabrın 10-da Saakaşvili Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib.