Ukrayna millisi dünya çempionu oldu

ukrayna-millisi-dunya-cempionu-oldu
Oxunma sayı: 3877

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, finalda Cənubi Koreya millisini 3:1 hesabıyla məğlub edən Ukrayna yığması turnirin qalibi olub.

Ukraynalılar çempion olmaqla yanaşı, həm də dünya çempionatını məğlubiyyətsiz başa vurmaqla yadda qalıblar.

Qeyd edək ki, turnirin üçüncüsü İtaliyanı 1:0 hesabı ilə məğlub edən Ekvador millisi olub.