Ukrayna müxalifəti qanı bahasına qalib gəldi- - Canlı yayım

ukrayna-muxalifeti-qani-bahasina-qalib-geldi-
Oxunma sayı: 5108


Ukrayna Ali Radası ölkə konstitusiyasına 2004-cü ildəki dəyişikliklərin ləğv edilməsi haqqında qərarı qəbul edib. “Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, bu dəqiqələrdə başa çatan səsvermədə 397 Ali Rada üzvü qərarın lehinə səs verib.

Unian.net xəbər verir ki, qərar açıq səsvermə ilə qəbul edilib. Diqqət çəkən faktdır ki, hakim “Regionı” partiyasının 140 üzvü də qərarın lehinə səs verib.

Yada salaq ki, 2004-cü ildə ölkənin ali qanununa edilən dəyişikliklərdən sonra hökuməti formalaşdırmaq səlahiyyəti prezidentdə idi. Parlamentin müxalifətçi fraksiyalarının liderləri yerli telekanallara açıqlamalarında bildirib ki, artıq onlar yeni kabinetin qurulmasında iştirak etməyə hazırdırlar.

Bu gün parlament əfv-ümum layihəsini də səsverməyə qoyaraq, onun qəbuluna nail olub. 

Euromaydan bu qələbəni böyük coşqu ilə qarşılayıb.