Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıdı

ukrayna-parlamenti-rusiyani-isgalci-dovlet-kimi-tanidi
Oxunma sayı: 774

Ukrayna parlamenti Donbassın reinteqrasiyası ilə bağlı qanun layihəsini qəbul edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəər verir ki, Rusiyanın Ukrayna ərazisinin bir hissəsini müvəqqəti olaraq işğal etməsini tanıyan qanunun leyhinə 280 deputat səs verib. 

Son olaraq qanunu dövlət başçısı imzalayacaq. Rəsmi mətbu orqanda yayımlandıqdan bir gün sonra qüvvəyə minəcək. 

Sənəd prezidentə suverenliyin qorunması üçün regionda sülh dövründə belə silahlı qoşunlardan istifadə etməyə haqq verəcək. Bu, müharibə elan olunmadıqda belə ölkənin şərqinə ordunun yeridilməsini qanuniləşdirəcək. 

Qanunda Kiyevin nəzarətindən çıxan Donbassın işğal edildiyi və Rusiyanın aqressor-ölkə olduğu göstərilir.