Ukrayna Rusiya ilə bağlı qərar verəcək

ukrayna-rusiya-ile-bagli-qerar-verecek
Oxunma sayı: 1070

Ukrayna Rusiya ilə “İqtisadi Əməkdaşlıq Proqramı”nı pozmaq niyyətindədir.

“Qafqazinfo”nun Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş naziri Vladimir Qroysman danışıb. O bildirib ki, məsələ Nazirlər Kabinetinin martın 21-ndə keçiriləcək iclasında müzakirə olunacaq. V. Qroysman bu addımı atmaqla ölkə iqtisadiyyatının yenidən istiqamətləndirilməsinə çalışdıqlarını deyib: “Biz Rusiyanın daim bizə zorla qəbul etdirdiyi bağlılıqlardan qurtulmağa çalışırıq. Mən artıq göstərişlər vermişəm və hazırda qərar hazırlayırıq. Düşünürəm ki, iclasda onu qəbul edəcəyik. Biz əlimizdən gələni edəcəyik ki, təcavüzkar ölkə olan Rusiya Ukraynaya yüksək qiymət versin”.

Qeyd edək ki, Rusiya və Ukrayna arasındakı “İqtisadi Əməkdaşlıq Proqramı” 2011-ci ildə bağlanıb. 

Aysel Kərimova