Ukrayna Rusiya ilə dostluğa son qoydu - Poroşenko qanunu imzaladı

ukrayna-rusiya-ile-dostluga-son-qoydu
Oxunma sayı: 2091

Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq müqaviləsinin ləğvi haqqında qanunu imzalayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, gələn il aprelin 1-dən müqaviləyə xitam veriləcək.

Poroşenko hələ sentyabrdan Milli Təhlükəsizlik Şurasının müqavilənin ləğvi qərarını dəstəkləmişdi. Ancaq o zaman rəsmi Kiyev müqavilənin ləğv ediləcəyini yox, yenilənməyəcəyini bəyan etmişdi.

Moskva Kiyevin qərarını destruktiv addım adlandıraraq təssüfləndiyini bildirib. 

Qeyd edək ki, Ukrayna və Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında dostluq müqaviləsi 1997-ci il mayın 31-də bağlanıb.