Ukrayna və Misirdə seçkiqabağı “sükut günü” başlayıb

ukrayna-ve-misirde-seckiqabagi-sukut-gunu-baslayib
Oxunma sayı: 706


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.

Mayın 25-də seçicilər dövlət başçısı seçilmək uğrunda mübarizə aparan 21 namizədə səs verəcəklər.

Prezident seçkilərində qalib gəlmək üçün namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamalıdır. Əks halda, daha çox səs toplayan iki namizəd ikinci turda görüşəcək.

Ölkədə 33,7 milyon seçici var, o cümlədən Donetsk vilayətində 3,3 milyon, Luqansk vilayətində isə - 1, 77 milyon.

***

Misirdə mayın 26-27-də keçiriləcək prezident seçkilər ilə əlaqədar iki “sükut günü” başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərində cəmi iki namizəd iştirak edir: Misirin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Hamdeyn Səbbahi.

Qanunvericiliyə əsasən, seçkiqabağı kampaniya 21 gün davam edib. İki “sükut günündə” namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub. Əks halda, qanun pozucularına 200 min misir funtu məbləğində (30 min ABŞ dollarına yaxın) cərimə kəsiləcək. 

Qeyd edək ki, Misirin keçmiş müdafiə naziri Əbdülfəttah əs-Sisi xarici ölkələrdə Misir prezidenti seçkilərinin yekunlarına görə seçicilərin səslərinin 94,5% - ni toplayıb. Hamdeyn Səbbahi isə səslərin cəmi 5,5%-ni toplaya bilib. Səsvermə ölkənin xaricində yaşayan misirlilər üçün mayın 15-dən 19-dək keçirilib.