Ukrayna Vışinskini yenə həbsdə saxladı

ukrayna-visinskini-yene-hebsde-saxladi
Oxunma sayı: 793

Ukrayna məhkəməsi “RİA Novosti Ukraina”nın müxbiri Kirill Vışinski  barədə yeni qərar qəbul edib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, sentyabrın 19-na qədər həbsdə qalacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün rəsmi Kiyevin eyni zamanda “RİA Novosti-Ukraina” agentliyinin baş redaktoru Kirill Vışinski və ukraynalı rejissor Oleq Sentsovun azadlığa  buraxılmasına hazır olduğunu açıqlayıb:

“Cənab Vişinskiyə münasibətdə - əgər bu, ilk normal addımlardısa, bu cür şərait varsa, o zaman biz hazırıq. Əgər istəyirsinizsə, gəlin biz sizə cənab Vışinskini, sizsə bizə cənab Sentsovu təhvil verin”.

Xatırladaq ki, Kirill Vışinski 15 may 2018-ci il tarixində Kiyevdə saxlanılıb. Jurnalistə bildiriblər ki, o, özünü “Donbass Respublikası” adlandıran qurumu dəstəkləməkdə və dövlətə xəyanətdə şübhəli bilinir. Onun ittiham edildiyi maddədə 15 ilədək həbs cəzası nəzərdə tutulur. Xerson şəhər məhkəməsi mayın ‪17-də jurnalistin həbsini iyulun 22-dək uzatmışdı.