Ukrayna Xalq Tribunalı Poroşenkoya ömürlük həbs verdi

ukrayna-xalq-tribunali-porosenkoya-omurluk-hebs-verdi
Oxunma sayı: 1862

Ukrayna Xalq Tribunalı prezident Petro Poroşenko rejiminin vətəndaşlara qarşı hərbi cinayətlərinə görə aparılan istintaqının yekununa uyğun olaraq dövlət başçısı və ölkə administrasiyasının yeddi nümayəndəsi haqda qiyabi həbs qərarı çıxarıb. “Qafqazinfo” xəbər verir ki, tribunal əmlakları müsadirə olunmaqla, həmin şəxslərə ömürlük həbs cəzası verib. 

Mühakimə olunanlar DİN rəhbəri Arsen Avakov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, baş nazir Vladimir Qroysman, Baş Qərargah rəisi Viktor Mujenko, müdafiə naziri Stepan Poltorak, Ali Rada sədri Andrey Parubiy, eks baş nazir Arseniy Yaçenyukdur.  

Adıçəkilən yüksək vəzifəli şəxslər soyqırım təşkilində, qəsdən adam öldürmənin təşkilində, terror aktları törədilməsinə yardım göstərmək və sairdə günahkar biliniblər.