Ukrayna xalqının 5 faizi Poroşenkonu dəstəkləyir

ukrayna-xalqinin-5-faizi-porosenkonu-destekleyir
Oxunma sayı: 1082

Ukrayna vətəndaşlarının yalnız 5 faizi hazırkı prezident Pyotr Poroşenkonun yenidən prezident seçilməsini dəstəkləyib.

“Qafqazinfo” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Nyus Van” telekanalının keçirdiyi sorğunun nəticəsində qeyd olunub.

Sorğuda ümumilikdə 35 min nəfər iştirak edib. Onlardan 95 faizi Poroşenkonun əleyhinə, 5 faizi isə lehinə səs verib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ilin martında keçiriləcək. Sosioloqların fikrincə, hazırda prezident postuna ən real namizəd “Batkıvşina” partiyasının rəhbəri Yuliya Timoşenkodur.