Ukraynada 2 kişi ilə qadını bıçaqlayan azərbaycanlı saxlanıldı

Ukraynada 2 kişi ilə qadını bıçaqlayan azərbaycanlı saxlanıldı
Oxunma sayı: 633

Ukraynada Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo”nun “segodnya.ua” portalına istinadən verdiyi xəbərə görə, o, 3 nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Məlumata görə, insident iyulun 9-da Krivoy Roq Mərkəzi-Şəhər rayonunda baş verib. Belə ki, sözügedən şəxslə bir neçə nəfər arasında mübahisə dava ilə nəticələnib. 44 yaşlı şübhəli bıçaqla iki kişi və 36 yaşlı qadına zərbə yetirdikdən sonra velosipedinə minərək hadisə yerindən qaçıb. 

Yaralı şəxslər xəstəxanalara yerləşdiriliblər. 

Azərbaycanlı isə saxlanılıb. Onun barəsində “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi üzrə cinayət işi açılıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi