Ukraynada Ali Radanın damına onlar çıxıbmış - Foto

Ukraynada Ali Radanın damına onlar çıxıbmış
Oxunma sayı: 2583

Ukraynada Ali Radanın damına çıxan şəxslərin kimliyi məlum olub.

“Qafqazinfo” “Obozrevatel”ə istinadən xəbər verir ki, o, parlament spikeri Andrey Parubiyanın köməkçisi Pötr Bodnardır. Mənbə bir müddət sonra onun yanında peyda olan qara paltarlı qadının da kimliyini öyrənə bilib. O, Parubiyanın sekretarlığının başçısı Tatyana Podolskayadır.

Xatırladaq ki, Ali Radanın damına çıxan şəxslərin kimliyi bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirə olunur. Buna əsas verən isə  kostyumda olan kişinin, yəni Andrey Parubiyanın zahirən Ukrayna prezidenti Vladimir Zelenskiyə oxşamasıdır.  

Pötr Bodnar və Tatyana Podolskaya


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi