Ukraynada azərbaycanlılar təcili toplandı

ukraynada-azerbaycanlilar-tecili-toplandi
Oxunma sayı: 2123


“Qafqazinfo” xəbər verir ki, Ukraynanın elm və təhsil naziri Sergey Kvit ölkədə yaşayan azərbaycanlılar da daxil olmaqla az saylı xalqların nümayəndələri ilə birgə nazirlik yanında İctimai Şuranın iclasını keçirib. Ukrayna Qafqaz Xalqları Konqresinin (UQXK) rəhbəri Paşa İlisuyskiyin (Məmmədov) verdiyi məlumata görə, iclasda nazir az saylı xalqarın bir sıra təkliflərini hökumət adından qeydə alıb.

İclasda ölkədə yaşayan az saylı xalqlar adından Ukrayna Millətlər Asssambleyası, Ukrayna Qafqaz Xalqları Konqresi, Ukrayna Rumınları Konqresi, Ukrayna Almanları Birliyi, Ümumukrayna Rusiya Mədəniyyəti Birliyi, Moldovan Milli-Mədəniyyəti Assosiyasiyası, Ukrayna Qaqauzlar İttifaqı və digər xalqların nümayəndələri də daxil olmaqla 23 az saylı xalqın diasporu iştirak edib.

İclasda nazir Sergey Kvit bildirib ki, Ukraynada baş verən hadisələr, milli azlıqların öz dillərində təhsilin ümumi siyasətinə təsir etməməlidir: “Ukraynada mövcud olan bütün dil və bütün mədəniyyətlərə dəstək olması vacib işlərdən biridir. Ukrayna Təhsil və Elm Nazirliyindən asılı olan nə varsa ediləcək”.

Çıxış edən, Paşa İlisuyskiy (Məmmədov) UQXK yanında Ukraynada təhsil alan Qafqaz mənşəli tələbələri ilə iş aparan iri bir treninq mərkəzinin fəaliyyəti haqqında məlumat verib və bu sahədə Nazirliklə əməkdaşlıq etməyi zəruri hesab etdiyini bildirib. “Bu gün UQXK yanında tələbələrlə iş aparan iri bir mərkəz fəaliyyət göstərir. Biz Ukraynada təhsil alan Qafqaz mənşəli hər bir tələbə ilə əlaqə qurma imkanınız var. Qafqaz mənşəli tələbələrin Ukrayna sosial və ictimai həyatına inteqrasiya olunmasında Nazirliklə əməkdaşlıq qursaq bu daha böyük nəticələr verə bilər”

Nazir belə bir əməkdaşlığı bəyəndiyini və P. İlisuyskiy tərəfindən təklifləri gözlədiyini bildirib.

Ukrayna Millətlər Asssambleyasının vitse prezidenti Arkadiy Monastirskiy isə təklif edib ki, məktəblilər arasında Ukraynada yaşayan milli azlıqların ana dili və mədəniyyəti olmpiadasının keçirilməsi lazımdır. Təklif qəbul olunub.

Qeyd edək ki, Ukrayna Millətlər Asssambleyasının azərbaycanlı prezidenti mayın 14-də Kiyevdə naməlum şəxslər tərəfindən sui qəsdə məruz qalaraq yaralandığı üçün tədbirə qatıla bilməyib.