Ukraynada baş verən qəzada 5 nəfər öldü

ukraynada-bas-veren-qezada-5-nefer-oldu
Oxunma sayı: 987

Ukraynada ağır yol qəzası baş verib.

“Qafqazinfo” rus KİV-nə  istinadən xəbər verir ki, “Kiyev-Odessa”  yolunda yük maşını Belarus dövlət nömrə nişanlı mikroavtobusa çırpılıb. 

Qəza 5 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olub. Hadisənin səbəbi araşdırılır.

Aysel Kərimova