“Ukraynada baş verənlərə göz yumurlar...”- - Putin

ukraynada-bas-verenlere-goz-yumurlar-
Oxunma sayı: 1331


 “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin hesab edir ki, Ukraynada baş verənlərin ən başlıca faciəsi  rus və ukrayna xalqları arasında ayrıseçkilik salmaqdır və bunu aradan qaldırmaq üçün birgə çıxış yolları tapmaq lazım olduğunu bildirib:

“Ən başlıca faciə ukrayna və rus xalqlarını ayırmaqdır. Bu, ən böyük faciədir. Bunu sözsüz ki, Ukrayna hökuməti ilə birgə aradan qaldırmaq olar. 

Biz Ukraynanın cənub-şərqində mülki əhaliyə qarşı cinayətə verilən qiymətdə ikili standartların şahidi olduq. İnsanlar burada işgəncəyə, qəddar və onların qürurunu alçaldan cəzalara, diskriminasiya və ədalətsiz qərarlara məruz qalırlar. Təəssüf ki, bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları baş verənlərə gözlərini yumurlar, riyakarcasına bundan üz döndərirlər”.

Prezident daha sonra əlavə edib ki, Ukraynadakı situasiyanı həll etmək üçün daha çox humanitar faktor önəmlidir: “Mənə elə gəlir ki, hazırda humanitar faktor daha vacibdir. Biz əllərimizi yanımıza salıb insanların acından, dərman preparatları çatışmazlığından, tibbi yardım göstərilməməsindən ölmələrinə tamaşa edə bilmərik”.